Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycanın müstəqil siyasəti ədalətli mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır

Vüqar Rəhimzadə: Azərbaycanın müstəqil siyasəti ədalətli mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır

Bakı, 18 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin hər hansı konkret dövr ərzində ayrı-ayrı sahələr üzrə əldə etdiyi uğurların və onların əsasında müəyyənləşdirilən perspektivlərin təqdimatıdır. Bu baxımdan iyulun 15-də ölkə Prezidentinin sədrliyi ilə keçirilmiş cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısının proqram xarakterli nitqi qarşıda dayanan vəzifələrin təqdimatı baxımından olduqca diqqətçəkəndir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan geniş bəhs edərək diqqəti bu məqama yönəltdi ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar açır. Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiq edir. Ötən 6 ayda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz artıb, əhalinin gəlirləri təxminən 20 faiz artıb. İxrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin miqyasını da nəzərə alsaq Azərbaycanın iqtisadi və maliyyə imkanlarının hansı səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Çünki ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə bütün işləri öz daxili imkanları hesabına həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi cari ilin 6 ayında xarici siyasət sahəsində qazanılan uğurlardan aydın görünür. “Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələri yüksələn xətlə inkişaf edir. “Azərbaycan öz sözünə sadiqdir”, - söyləyən dövlətimizin başçısı bildirir ki, beynəlxalq arenada oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün maliyyə dəstəyi, xüsusilə COVID-19-la bağlı 80-dən çox ölkəyə edilən humanitar yardım nüfuzumuzu daha da artırıb. Bunu aydın görmək üçün Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən həm daxildə, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərin miqyasına diqqət yetirmək kifayətdir. Əvvəlcə türk dünyasının birliyinə nail olmaq üçün dövlətimizin başçısı İlham Əliyev Türk Şurasının Zirvə Görüşünün keçirilməsinə nail oldu. Sonra bütün dünya dövlətlərini bir araya gətirmək üçün Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmçinin quruma üzv dövlətlərin birgə səyləri əsasında Azərbaycanın BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü dəstəkləndi. 2020-ci ilin dekabrında bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Xüsusi Sessiyası keçirildi. Göründüyü kimi, Azərbaycan bu kimi təşəbbüsləri ilə dünyanın bir-birinə əks olan qütblərini bir araya gətirərək, onları beynəlxalq səviyyədə narahatlıq doğuran məsələlərin həllində birgə fəaliyyət göstərməyin zəruriliyinə inandırmağı bacarır.

Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən diqqəti, eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə yönəltdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə vurğulayıb: “Amerika Birləşmiş Ştatlarının Prezidenti dövlətimizin başçısı İlham Əliyevə istər Müstəqillik Günü, istərsə də Enerji Həftəsinin açılışı münasibətilə təbrik məktublarında bildirib ki, hər iki ölkə münasibətləri müxtəlif istiqamətlər üzrə inkişaf etdirmək imkanlarına malikdir. Azərbaycanın cari ilin altı ayında dünyanın güc mərkəzləri, həmçinin beynəlxalq təşkilatlarla münasibətlərinə diqqət yetirdikdə böyük uğurların əldə olunduğunu əminliklə qeyd edə bilərik. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı da yüksələn xətlə inkişaf edir. Nəzərə alaq ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına öz dəstəyini göstərməyə hazır olduğunu bildirir, eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşması üçün səylərini artırır. Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda da əməkdaşlıq yüksək səviyyədədir. Daim çıxışlarında “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”, - söyləyən Prezident İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurları xüsusi diqqətə çatdırır. Əgər yaxın tarixə nəzər salsaq, görərik ki, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə gələcək əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlətimizin başçısı, eyni zamanda, bu əminliyi ifadə edib ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və layihənin nəzərdə tutulduğu vaxtda, 2018-ci ildə rəsmi açılışı, 2020-ci ilin sonunda tam şəkildə istifadəyə verilməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun göstəricisidir. Azərbaycanın müstəqil siyasəti uğurlarının davamlılığında, ədalətli mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin “Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik” sözləri də deyilənlərin təsdiqidir”.

YAP Xətai rayon təşkilatının sədri son iki ilə yaxın dövrün əsas diqqətdə olan məsələlərindən biri kimi Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində atılan addımlara da diqqəti yönəldərək deyib: “Dövlətimizin başçısı bir daha bu reallığı diqqətə çatdırdı ki, Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Müsbət hal ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, təkliflərimizin qəbul edilməsi müsbət hal olsa da, hələlik konkret addımlar yoxdur. Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən boyun qaçırmasını təsdiqləyən xeyli sayda fakt sadalaya bilərik. Həmçinin son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Azərbaycan Prezidenti 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrində, həmçinin xalqa müraciətlərində statusun hara getdiyini bəyan edib. Ermənistanın bu məsələni yenidən gündəmə gətirməsi birmənalı qarşılana bilməz. Bu, işğalçı dövlətin özü üçün çox təhlükəli məsələdir. Dövlətimizin başçısı bu təhlükəni belə əsaslandırır ki, biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı”.

Vüqar Rəhimzadə dövlətimizin başçısının müşavirədəki giriş və yekun nitqlərində yer alan məsələlərin ümumiləşdirilmiş ifadəsi olaraq bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ölkəmizin hər bir məsələnin milli maraqlarımıza uyğun şəkildə həll edilməsini təmin edir: “Azərbaycan dövləti hər zaman bəyan edir ki, 28 il heç bir nəticə hasil etməyən ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu fikrin həqiqiliyini əsaslandırmaq üçün Minsk qrupunun həmsədr dövlətləri arasında münasibətlərin hazırkı səviyyəsinə diqqət yetirmək kifayətdir. Bir-birinə qarşı etimadsızlıq mühitinin hökm sürdüyü quruma üzv dövlətlərdən artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsi ilə bağlı hər hansı konstruktiv təklif gözləmək ən yumşaq formada ifadə etməli olsaq sadəlövhlük olardı. Artıq çözülmüş məsələnin hansı həllindən söhbət gedir ki, ATƏT-in Minsk qrupuna ehtiyac olsun? Bütün bunlar bir daha açıq-aydın göstərir ki, Ermənistan sülh müqaviləsi ilə bağlı konkret addımlar atmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO