Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyana görüşü: vəziyyətdən çıxış yolu varmı?

Vyana görüşü: vəziyyətdən çıxış yolu varmı?

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli günün ən aktual tələblərindən birinə çevrilib. Aprel ayında baş verən dörd günlük müharibə göstərdi ki, sülh yolu ilə problem aradan qaldırılmasa, Azərbaycan Ordusu öz qüdrətini düşmənə göstərməli olacaq. Ağır zərbə almış Ermənistan rəhbərləri havadarlarının yardımı ilə düşdüyü vəziyyətdən xilas olmaq üçün həyəcanlı addımlar atır. Prezidentlərin Vyanada təşkil edilən görüşündən ermənilər öz xeyirlərinə nələrəsə nail olmağa çalışırdılar. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də müəyyən mövqe tutublar. Onlar atəşkəsin təmin edilməsini və dövlət başçılarının yenidən görüşərək münaqişənin həllinin ümumi çərçivələrini müəyyənləşdirməyə çalışırlar. Lakin bütün bunların reallaşması üçün vasitəçilərin öz fəaliyyətlərində dönüş yaratmaları gərəkdir. Onlar ikili standartlardan əl çəkib, reallığa uyğun hərəkət etməlidirlər. Prezident İlham Əliyevin Vyana danışıqlarında nümayiş etdirdiyi qətiyyətli, ədalətli və obyektiv mövqe vasitəçiləri bir daha ədalətli olmağa dəvət edir. Bütövlükdə isə sual hələ də qalır: yaranmış situasiyadan çıxış yolu nədən ibarətdir?

Diplomatiya və həqiqət: Ermənistan hər ikisindən kasaddır

Azərbaycan Ordusunun aprel ayında keçirdiyi hərbi əməliyyat Ermənistan rəhbərliyi və onun havadarlarını o dərəcədə qorxudub ki, nəyin bahasına olursa-olsun, Azərbaycanı öz torpaqlarını azad etmək məqsədindən yayındırmağa çalışırlar. Bunun üçün onlar sözdə sülh və barış kəlmələrindən istifadə edərək, müxtəlif bəhanələrlə ədalətin bərpa edilməsinə əngəl törətməyə cəhd edirlər. Müşahidələr göstərir ki, İrəvan mövcud status-kvonu saxlamağı əsas hədəf kimi seçib.

Bunun üzərində isə danışıqlarda havadarlarının yardımı ilə ən az itkilərlə Dağlıq Qarabağda öz varlığını saxlamağı düşünür. Ermənistan anlayır ki, Azərbaycana nə hərb, nə də diplomatiya meydanında qalib gələ bilməyəcək. Bunun əsl səbəbi ermənilərin haqsız olmasındadır. Digər tərəfdən isə qlobal geosiyasi mənzərə elə dəyişib ki, artıq başqasının torpağını işğal altında saxlamağa heç bir "humanist don" geyindirə bilməzsən. Bir çıxış yolu var - təcavüzə son qoyub işğal etdiyin torpaqlardan çıxmalısan!

Bunları göz önünə alan təcavüzkar dövlət onu himayə edənlərin arxasında gizlənərək, müəyyən "şərtlər"dən dəm vurur. Prezidentlərin Vyana görüşü ərəfəsində erməni KİV onları yaymışdı. Lakin düşündürücü məqam ondan ibarətdir ki, böyük dövlətlər dolayısı ilə Ermənistanı məğlubiyyətdən xilas edə biləcək ssenariləri həyata keçirməyə çalışırlar. Vyanadakı danışıqlarda bu, bir daha hiss olundu. Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ayrıca vurğulayıb ki, danışıqlar ABŞ-ın təşəbbüsü ilə təşkil edilib.

Vyana görüşündən öncə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hər biri "münaqişənin hərbi yolla həlli yoxdur" tezisini tez-tez təkrar edirdilər. Rəsmi İrəvan da artıq çox "humanist"ləşib, çünki əvvəllər "bizim ordumuz çox güclüdür, hətta istəsək Gəncəyə qədər gedə bilərik", - deyə hay-küy salırdılarsa, indi "nə olur-olsun savaş olmasın", söyləyirlər. Bəzən öz havadarlarına yalvarırlar ki, Azərbaycanın silah işlətməsinə imkan verməsinlər. Nə baş verib? Silah gücünə torpaqları işğal etmiş bir dövlət indi sülhdən danışır. Müharibənin olmamasında təkid edir. Çünki yaranmış vəziyyətin dəyişməsini istəmir. Zəbt etdiyi torpaqların bir qisminə sahib olmaq üçün "tülkü humanizmi"ni işə salıb. Təsəvvür edin ki, Azərbaycan Ordusu torpaqların hamısını işğaldan azad edib. Onda Ermənistan nəyi tələb edə biləcək? Axı ərazilər Azərbaycanın qanuni torpaqlarıdır! Bunu təsdiq edən sənədlər, o cümlədən BMT-nin 4 qətnaməsi var.

Məhz bunlara görə deyirik ki, indi təcavüzkar və onun havadarları sözdə sülhdən danışır, reallıqda isə hazırkı status-kvonu mahiyyətcə saxlamaqla Azərbaycanın özünün torpaqlarının bir qismini güzəşt etməsini istəyirlər. Bu səbəbdəndir ki, Vyanada prezidentlərin görüşünü təşkil ediblər. Ancaq Azərbaycan Prezidenti qəti mövqeyini dəfələrlə ortaya qoyub - qeyd-şərtsiz işğalçı zəbt etdiyi ərazilərdən çıxmalıdır.

Vyanada da eyni mövqeni ölkə rəhbəri düşmən qarşısında qoyub. Kimlərsə bu vəziyyəti müxtəlif improvizasiyalarla təqdim edə bilərlər. Lakin danışıqlara ən dəqiq qiyməti rəsmi Bakı verib. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ifadə etdiyi fikirlər çox maraqlıdır. Hesab edirik ki, Vyanada aparılan danışıqların konkret qiyməti həmin fikirlərdə ifadə edilib.

Rəsmi Bakının mövqeyi: təcavüzkar ram edilməlidir

Novruz Məmmədov ANS-ə bildirib: "Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik" (bax: Prezident Administrasiyası rəsmisi ANS-ə Vyana görüşünü şərh etdi / "www.anspress.com", 18 may 2016). Azərbaycan tərəfinin mövqeyi konkretdir: birincisi, müharibə tərəfdarı deyil, danışıqların davam etdirilməsində maraqlıdır, ikincisi, bunun üçün atəşkəs rejiminin möhkəmləndirilməsinə qarşı deyil. Başqa məqamlar ermənilərin özlərini necə aparacaqlarından asılıdır.

O cümlədən Novruz Məmmədov ifadə edib ki, atəşkəsə riayət olunarsa, Ermənistanın təxribat hərəkətləri olmazsa, Azərbaycan iyun ayında danışıqlar prosesinə başlaya bilər. Bizcə, çox obyektiv və ədalətli mövqedir, özündə real humanizm mahiyyəti daşıyır. Bu, onu göstərir ki, Azərbaycan rəhbərliyi danışıqlara sona qədər səmimi münasibət göstərir, real nəticə verə biləcək heç bir sülh təşəbbüsünü geri çevirmir.

Bu mənada münaqişə zonasında nəzarəti gücləndirməyə istiqamətlənmiş tədbirlərin təşkil edilməsi Azərbaycanı narahat etmir. Azərbaycan işğalçı deyil, kimsəyə qarşı da hərbi təxribat törətmir. Eyni zamanda, heç bir nəzarət mexanizmi Azərbaycanı əsas məqsədindən, torpaqları azad etməkdən yayındıra bilməz. Bütün hallarda işğalçı zəbt etdiyi Azərbaycan ərazisindən çıxmalıdır. Bu, sülh yolu ilə, itkisiz olsa, təbii ki, daha yaxşıdır.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı yayılan informasiyalara gəldikdə isə, Novruz Məmmədov bu məqama da aydınlıq gətirib. O deyib: "Anjey Kaspşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Yazılanlar Minsk qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik" (bax: əvvəlki mənbəyə).

Deməli, rəsmi Bakı kiminsə səlahiyyətlərinin şişirdilməsində maraqlı deyil. Çünki bunun münaqişənin həllinə səmərəli təsir edəcəyi hələ əsaslandırılmalıdır. A.Kaspşikə gəldikdə isə, indiyə qədər bu cənab öz vəzifəsinin öhdəsindən gələ bilibmi? Onun hansı səlahiyyəti çatmır ki, ən azından obyektiv olsun və Ermənistanın hərbi təxribatları haqqında qəti şəkildə mövqe bildirsin?

Bu günə qədər ATƏT-in hər bir nümayəndəsi ən yaxşı halda həqiqəti yarımçıq ifadə edib, müəyyən məqamlarda isə təcavüzkarı müdafiə ediblər. Çünki uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, Minsk qrupunun irəli sürdüyü heç bir şərtə Ermənistan əməl etmirsə, bu qurumun nümayəndəsinin əlavə səlahiyyət almasından hansı müsbət nəticəni gözləmək olar? Əksinə, istisna deyil ki, vasitəçilər təcavüzkarı dəstəkləmək üçün yeni incə üsullardan istifadə etsinlər. Bu səbəblərdən rəsmi Bakının A.Kaspşikin səlahiyyətləri ilə bağlı tutduğu mövqe tamamilə məntiqi və əsaslıdır.

Bütün bunların fonunda Minsk qrupunun həmsədr dövlətləri təmsilçilərinin Vyana görüşü barədə yaydığı birgə bəyanat maraqlı görünür. Con Kerri, Sergey Lavrov və Harlem Desirin adı ilə verilən bəyanatda 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs şərtlərinə əməl olunması, ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılmasının zəruriliyi, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsi öz əksini tapıb (bax: ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri Vyana görüşünün yekunlarına dair bəyanat yayıblar / AZƏRTAC, 17 may 2016). Özlüyündə bu şərtlər normaldır, lakin burada nəyə görə təcavüzkarın zəbt etdiyi torpaqları tərk etməsi məsələsi qoyulmayıb? Təcavüzkarın xətrinə dəyə bilərik? O halda bu kimi sözlə məhdudlaşan bəyanatları hansı məqsədlə verirlər?

Digər tərəfdən, bəyanat faktiki olaraq münaqişəni dondurmağa xidmət edir. Orada yalnız danışıqların davam etdirilməsi bir qədər kənara çıxan addımları nəzərdə tutur. Lakin, yenə də təkrar etmək istərdik, həmsədrlər Ermənistana təcavüzdən əl çəkməsini qəti şəkildə demək əvəzinə, müxtəlif humanist bəhanələrlə problemi həll etməkdən yayınırlar. Onlar işğalçının "xətrini" gözləyir, ancaq torpaqlarını itirmiş Azərbaycan xalqının haqlı tələbinə lazımi ciddiyyətlə və məsuliyyətlə yanaşmırlar. Bu, uzun müddət belə davam edə bilməz.

Bütün bunların fonunda siyasətçilərin, analitiklərin münaqişənin həlli ilə bağlı gah "Madrid prinsipləri"ndən, gah da "Kazan sənədi"ndən danışması yalnız söz xatirinə deyilmiş fikirlər təsiri bağışlayır (bax: məs., Марков, Шевченко: встреча в Вене - шаг к миру в Карабахе / "Вестник Кавказа", 17 may 2016). Kimin nə deməsindən asılı olmayaraq həqiqət birdir - Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir! Bu həqiqəti də Azərbaycan Prezidenti dəfələrlə tam aydın və dəqiq ifadə edib. Əsas olanı bundan ibarətdir!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib