Vyetnam müşahidə missiyası Azərbaycanda ilk dəfə olaraq seçkiləri izləyəcək
Bakı, 8 fevral, AZƏRTAC
Vyetnam müşahidə qrupu ilk dəfə olaraq Azərbaycanda keçirilən seçkiləri müşahidə edəcək.
AZƏRTAC xəbər verir ki, müşahidə missiyasının rəhbəri Vyetnam Milli Assambleyasının deputatı, Vyetnam Elm və Texnologiya Birliyinin vitse-prezidenti Nqiyem Vu Xaydır. Müşahidə missiyası artıq Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bir neçə dairə və məntəqə seçki komissiyasında seçkilərə hazırlıq prosesi ilə tanış olub.
Nqiyem Vu Xay həm də Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədridir.
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]