Azərbaycan Dövlət İnformasiya Agentliyi

X X X

Təntənəli mərasim başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin suallarına cavab verdi.

SUAL: Cənab Prezident, ABŞ-da keçirilən prezident seçkilərindən sonra Amerika-Azərbaycan əlaqələrinin inkişafından nə gözləyirsiniz?

CAVAB: Amerika-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bizim aramızda yaxşı əməkdaşlıq var. Bilirsiniz ki, biz müttəfiqik. Amerika ilə müxtəlif sahələrdə əlaqələrimizə çox böyük önəm veririk. Amerika hökumətinin dəstəyi ilə Azərbaycanda neft, qaz sahəsində böyük layihələr həyata keçirilir, digər sahələrdə bizim aramızda çox gözəl münasibətlər vardır. Ümid edirəm və əminəm ki, bu əlaqələr bundan sonra da olduğu kimi qalacaq və Amerika-Azərbaycan münasibətləri hər iki ölkənin marağına cavab verəcəkdir.

SUAL: Cənab Prezident, Amerikanın yeni Prezidentinə təbrik məktubu göndərəcəksinizmi?

CAVAB: Əlbəttə, mən hər bir seçilmiş yeni prezidentə təbrik məktubları göndərirəm.

SUAL: Cənab Prezident, BMT-nin Baş Məclisində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçiriləcəkdir. ATƏT-in Minsk qrupunun həmsədrləri bu müzakirələrin danışıqlar prosesinə mənfi təsir edəcəyini bildirmişlər. Çox maraqlıdır, Sizin münasibətiniz necədir?

CAVAB: Mənim münasibətim belədir ki, biz dəfələrlə demişik, bu məsələ, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan torpaqlarının işğalı məsələsi geniş beynəlxalq auditoriyaya nə qədər çox mümkündürsə, o qədər də çox çatdırılsın. Biz istəyirik ki, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə əlaqədar öz fikirlərini ortaya qoysunlar, bu məsələ müzakirə olunsun. Əlbəttə ki, biz Minsk prosesinə sadiqik, biz istəməzdik ki, hansısa başqa bir qurum Minsk qrupunu əvəz etsin. Biz buna getməyə hazır deyilik. Amma eyni zamanda, istəyirik ki, Avropa İttifaqı, Avropa Şurası, BMT və digər beynəlxalq təşkilatlar bu məsələ ilə əlaqədar müzakirələr aparsınlar.

BMT dünyanın ən mötəbər təşkilatıdır, bu məsələyə dair dörd qətnamə qəbul edibdir. Baxmayaraq ki, Ermənistan buna məhəl qoymur, amma bu qətnamələrin qəbul edilməsi müsbət haldır. Mən inanmıram ki, bu məsələnin BMT-də müzakirəsi Minsk prosesinə hansısa bir ziyan vursun. Əksinə, bu, danışıqlara müsbət təsir edər. Hamı birmənalı olaraq bilməli, eyni zamanda, etiraf etməlidir ki, reallıq bundan ibarətdir. Yəni Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu ədalətsizlik, beynəlxalq hüquq normalarının pozulması gərək aradan götürülsün.

SUAL: Cənab Prezident, Siz özünüz demişdiniz ki, inhisarçılığa qarşı mübarizə aparılacaqdır. Bununla bağlı Sizə inhisarçıların hansısa siyahısı təqdim olunubmu və Siz bununla necə mübarizə aparacaqsınız? Çünki bəzi inhisarçıların arxasında dövlət məmurları dayanır. Siz bir dəfə onlara xəbərdarlıq etmisiniz.

CAVAB: Bəli, mən xəbərdarlıq etmişəm. Sahibkarlarla ilk görüşümdə mən bu barədə öz fikirlərimi dedim. Bu hal təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün böyük problemdir. Amma inkişaf etmiş ölkələrdə bu məsələ qanunla tənzimlənir. Orada mövcud olan təsisatlar bu və ya digər sahədə fəaliyyət göstərən və həmin sahədə inhisarçılıq edərək rəqiblərinə ziyan vuran nəhəng bir şirkətə qarşı sanksiya tətbiq edirlər. Bu, bütün ölkələrdə mövcuddur.

Keçid dövrü yaşayan ölkələrdə isə bu, özünü daha açıq göstərir. Bununla mübarizə metodları ondan ibarətdir ki, gərək sərbəst rəqabət olsun, qanunlar işləsin, qanunun aliliyi təmin olunsun. Bundan əlavə, özəlləşdirmə prosesi daha da sürətlə getməlidir. Bilirsiniz, inkişaf olmayan yerdə inhisarçılıqdan söhbət gedə bilməz. Onu da xatırlayaq ki, bir neçə il bundan əvvəl biz bu haqda heç danışmırdıq. Çünki, nə istehsal var idi, nə də mal dövriyyəsi var idi. İndi isə idxal artıb, istehsal artıb. Bunun nəticəsi olaraq, bu cür xoşagəlməz hallar özünü büruzə verir.

İnhisarçılığa gəldikdə isə, siz bilirsiniz ki, Azərbaycanın bazarı bir o qədər böyük deyildir. Biz, sözsüz ki, inhisarçılıqla mübarizə aparırıq. Əgər biz istəyiriksə ki, yeni iş yerləri açılsın, dünya standartlarına cavab verən istehsal müəssisələri yaradılsın, onu da anlamalıyıq ki, bu müəssisələr iri olacaqdır. Böyük müəssisə yarananda isə aydın məsələdir ki, başqası onun istehsal etdiyi məhsullarla rəqabət apara bilməz. Bu, reallıqdır. Amma idxala gəldikdə, burada biz ciddi tədbirlər görəcəyik. İnhisarçıların kimliyinə qaldıqda isə, mən istəməzdim ki, kiminsə adını hallandırım. Bunu etmək üçün gərək əsas olsun. Mən inanmıram ki, hansısa konkret ad çəkilərsə, bu məsələ öz həllini tapacaqdır. Bu, ümumi bir məsələdir. Onu da demək istəyirəm ki, Azərbaycan kimi balaca bazarı olan bir ölkədə hər bir sahibkar inhisarçıya çevrilə bilər. Dövlətin işi və inhisarçılığa qarşı fəaliyyət göstərən nazirliklərin vəzifəsi ondan ibarətdir ki, inhisarçılığın inkişafına imkan verməsin. Bununla da bu sahədə müəyyən sərbəstlik yaransın.

SUAL: Cənab Prezident, bununla bağlı hansısa məmurların vəzifədən uzaqlaşdırılacağı gözlənilə bilərmi?

CAVAB: Mən belə suallara cavab vermirəm. Belə məsələlər başqa cür həll olunur.

SUAL: Cənab Prezident, qiymətlərin artırılmasına münasibətiniz necədir? Əhali daha çox Sizin buna münasibətinizi gözləyir. Ən çox da ərzaq məhsulları ilə bağlı.

CAVAB: Kim istəyər ki, qiymətlər artsın? Bunu, ilk növbədə, hökumətin özü istəməz. Bu, əhalinin gündəlik həyatına təsir edən amildir. Amma bu, reallıqdır. Bizimlə qonşu ölkələr də daxil olmaqla, dünyanın bütün dövlətlərində qiymətlər qalxır. Bu, təbii bir prosesdir. Azərbaycanda da bunu şərtləndirən bir neçə amil var. İlk növbədə, ölkəmizdə son bir il ərzində maaşların artması, insanların alıcılıq qabiliyyətinin artmasıdır. Bilirsiniz, bazar buna dərhal reaksiya verir. Bu, hər bir ölkədə mövcud olan bir məsələdir. Biz də öz növbəmizdə, maaşları artıranda bunları hiss edirdik. Belə fikirlər var idi ki, biz bunu ehtiyatla edək, çünki, bu, qiymətlərin qalxmasına gətirib çıxaracaq və bu, belə də oldu. Amma onu da bilməliyik ki, maaşların artımı qiymətlərin artımından daha sürətlə gedir.

Digər tərəfdən, dünyada neftin qiymətinin qalxması idxal olunan bütün məhsullara öz təsirini göstərir. Çünki idxal olunan mallar Azərbaycana Avropadan gəlir, Rusiyadan gəlir. Bu ölkələrdə yanacağa qiymətlər sərbəstdir. Azərbaycandakı kimi deyil ki, dövlət onu tənzimləsin.

Neftin bir barrelinin qiyməti 20 dollardan 50 dollara qalxanda, əlbəttə ki, bütün məhsullar da bahalaşır, o cümlədən də idxal olunan məhsullar. Bu da təbii haldır. Kimlərinsə bundan sui-istifadə etmək istəkləri – mən buna inanmıram. İnanmıram ki, Azərbaycanda hansısa bir antimilli qüvvə olsun ki, qiymətlərin bahalaşmasına süni surətdə rəvac versin. Bir sözlə, bu, xoşa gələn hal deyildir. Nə əhali, nə hökumət, nə də ki, mən bununla razı ola bilməzdim. Amma bundan faciə də düzəltmək lazım deyildir. Enerjidaşıyıcılarının qiymətlərinə gəldikdə isə, bu dözülməz vəziyyətlə biz nə vaxtsa qurtarmalıyıq. Ola bilməz ki, bir ildə 700 milyon ABŞ dolları məbləğində gizli şəkildə dotasiya verilsin. Hansı ölkədə bu var? Heç bir ölkədə!

Bizdə qazın min kubmetrinin qiyməti 8 ABŞ dolları, qonşu Gürcüstanda 110 dollardan yuxarıdır. Moldova Prezidenti Bakıya gələndə mən ondan qazın qiymətini soruşdum. O, min kubmetr qazın qiymətinin 114 dollar olduğunu bildirdi. Mən ona deyəndə ki, bizdə 8 dollardır, zarafatla dedi ki, bunu heç yerdə demə, bu, dünyanın heç bir ölkəsində olmayan bir haldır. Əgər özümüz hasil etdiyimiz qaz bizə yetərli olsaydı, dərd yarıdır. Biz qazı 52 dollara alır, 8 dollara satırıq. Onun da pulunun yarısını yığa bilmirik. Belə olan halda dövlət, ölkə inkişaf edə bilməz. Bunu bilməliyik.

Misal üçün deyə bilərəm ki, Rusiyada istifadə olunan qazın ödəmələri 105-110 faiz təşkil edir, bu barədə mən Bakıya gələn məsul şəxslərlə söhbət etmişəm. Bizdə isə enerjidaşıyıcılarının qiyməti çox aşağıdır. Ona görə də heç kim pulunu vermir. Təbii qazın qiyməti gülünc səviyyədə olmasına baxmayaraq, ödəmələr yerinə yetirilmir. Dövlət bunları tənzimləyir. Bizdə liberallaşma getmir. Siz bəlkə də xatırlayırsınız, bir neçə il bundan əvvəl çörəyin qiyməti sərbəst buraxıldı. O vaxt da belə bir fikir var idi ki, bu, xoşagəlməz hallara gətirib çıxaracaqdır. Amma heç nə olmadı. Bazar özü bu məsələləri tənzimləyir. Əgər biz öz ölkəmizi inkişaf etdirmək istəyiriksə, bazar iqtisadiyyatının prinsiplərini daha geniş tətbiq etmək istəyiriksə, bu xoşagəlməz adlanan hadisələrin olması təbiidir.

Bütün məsuliyyəti hökumət və dövlət öz üzərinə götürməlidir. Mən bu məsuliyyətə hazıram, mən bilirəm ki, nə etmək lazımdır və necə etmək lazımdır. Amma yenə də demək istəyirəm ki, il ərzində əgər qiymətlərin artım dinamikası və əhalinin pul gəlirlərini müqayisə etsəniz, görərsiniz ki, maaşlar və digər ödəmələr daha sürətlə artır, nəinki qiymətlər.

SUAL: Cənab Prezident, ictimai televiziyanın yaradılmasına nə vaxt başlanacaq və o, hansı bazada yaranacaqdır?

CAVAB: Artıq bu məsələ də öz həllini tapıbdır. Bu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri idi. Gələn ilin büdcəsində bu məqsədlə vəsait nəzərdə tutulubdur. Yəqin ki, gələn ildən başlanacaqdır.

SUAL: Cənab Prezident, Sizin fəaliyyətinizin bir ili tamam oldu. Prezident İlham Əliyev özünün və komandasının bir illik fəaliyyətinə beş ballıq cədvəl üzrə necə qiymət verərdi?

CAVAB: Bunu gərək siz verəsiniz. Mən bu qiyməti verə bilmərəm. Ona görə də bu ərəfədə öz fəaliyyətimizi qiymətləndirən heç bir açıqlama vermədim, özümü tənqid etmədim, tərifləmədim. Bu, mənim işim deyildir. Mən hesab edirəm ki, bir il ərzində nəzərdə tutulan bütün məsələlər icra olunubdur. Seçkilərdən əvvəl verdiyim bütün vədlər həyatda öz əksini tapıbdır. Mənim üçün ən böyük nəticə budur. Həmişə olduğu kimi, mən öz sözümə sadiq qaldım. Bu da, öz sözünə sadiq qalmaq rəhbər üçün ən başlıca şərtdir. Hesab edirəm ki, il ərzində müsbət meyillər daha da gücləndi. Amma qiymət vermək istəmirəm. Bunu gərək ictimaiyyət versin.

SUAL: Cənab Prezident, mətbuat səhifələrində belə bir fikir hallandı ki, 18 oktyabrla bağlı Prezident heç bir təbrik ünvanlamadı. Bunun səbəbi nədədir?

CAVAB: Bilirsiniz, biz gərək tarixə ədalətli baxaq və tarixdə baş vermiş hər bir hadisəyə qərəzsiz yanaşaq. Mənim üçün şəxsən Azərbaycanımızın ən böyük bayramı 28 Maydır, Azərbaycanın birinci demokratik respublikasının yaranması günüdür. Bu, doğrudan da böyük bayramdır. Bu, onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1990-cı illərin əvvəllərində, SSRİ dağılanda deyil, məhz 1918-ci ilin 28 Mayında yaranmışdır. Əgər xatırlayırsınızsa, bu ilin mayın 28-də tədbir də keçirildi, mən də orada iştirak etdim, nitq söylədim, öz fikirlərimi dedim. Mənim üçün bu, Azərbaycanın əsas bayramıdır. O ki qaldı digər bayramlara, hər bayramın öz tarixi var. Bir var ki, məcburiyyət qarşısında hansısa qərarı qəbul edirsən, bir də var ki, qərarın qəbul olunmasında insanlar özlərini qurban verir, həyatını risk altına qoyur. Bu bayramlar arasında fərqi mən görürəm.

SUAL: Cənab Prezident, milli barışıqla bağlı Siz çoxlu addımlar atırsınız. Beynəlxalq təşkilatlar da bildirirlər ki, biz Prezident İlham Əliyevdən bütün bunları gözləyirik. Yeni əfv fərmanı və həmin fərmanda 15-16 oktyabr hadisələri zamanı həbs olunanların adlarını gözləmək olarmı?

CAVAB: Bilirsiniz, Azərbaycanda milli barışıq çoxdan həll olunubdur. Siz deyən siyasi barışıqdır. Bu barədə xalqımızın, cəmiyyətimizin fikri yekdildir. Bizdə heç bir ümummilli qarşıdurma yoxdur ki, biz milli barışıq axtaraq. Siyasi partiyalar arasında olan ziddiyyətlər, əlbəttə ki, xoşagələn hal deyil, baxmayaraq, bu da ictimaiyyətin əksəriyyətini maraqlandıran məsələdir. Bizim əhalinin 95 faizdən çoxu heç bir partiyanın üzvü deyil və öz gündəlik məsələləri ilə məşğuldur. Mən istəməzdim ki, Azərbaycan cəmiyyəti siyasiləşsin. Bu, heç bir müsbət nəticəyə gətirib çıxarmayacaqdır. Eyni zamanda, siyasi partiyalar arasında ədavəti aradan qaldırmaq üçün mənim tərəfimdən çağırışlar da oldu, təkliflər də, praktik addımlar da oldu.

Əgər xatırlayırsınızsa, mən demişdim ki, bu təklifləri daim verə bilmərəm. Mən bunu bir neçə dəfə edə bilərəm. Lakin bu, o demək deyil ki, mən mütəmadi olaraq təkliflərlə çıxış edim. Bütün bu məsələlər əfv fərmanları ilə ölçülmür. Kifayət qədər əfv fərmanları oldu. Lazım gələrsə, ehtiyac olarsa, buna yenidən baxmaq olar. Bu, belə bir prosesdir ki, hər ay əfv fərmanı vermək olmaz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir