Xaçmaz sakininə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb
Xaçmaz, 13 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 13-ü günorta saatlarında Xaçmazda yanğın hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Çarxı kəndində Fərziyev Rüstəmə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb.
Hadisə nəticəsində ev sahibinin qış üçün tədarük etdiyi 3 tona yaxın taxılı da yanaraq yararsız vəziyyətə düşüb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.