XALQ ARTİSTİ HƏSƏNAĞA TURABOVUN XATİRƏSİ YAD EDİLMİŞDİR
İttifaqdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri, xalq artisti Azər Paşa Neymətov, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Əlabbas Qədirov, filologiya elmləri doktoru, professor Kamal Abdullayev, xalq artistləri Əminə Yusifqızı, Ağakişi Kazımov, Eldar Quliyev və başqaları çıxış edərək, Həsənağa Turabovun lirik-psixoloji aktyor oyunundan, fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng, dolğun obrazlardan danışmış, xatirələrini söyləmişlər.
Yalçın Turabov atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Axırda Həsənağa Turabovun iştirakı ilə çəkilmiş filmlərdən parçalar göstərilmiş, mərhum sənətkarın radionun “Qızıl fondu”nda saxlanılan lent yazıları səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]