XALQ ARTİSTİ YAQUB MƏMMƏDOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, gecədə Muğam Teatrının direktoru, Arif Qazıyev, xalq artistləri İslam Rzayev, Ramiz Quliyev, əməkdar artist Firudin Ələkbərov və başqaları Azərbaycan muğamlarının mahir ifaçısı Yaqub Məmmədovun yaradıcılıq yolu, sənətdə tutduğu mövqe, ifaçılıq məharəti barədə danışmış, xatirələrini söyləmişlər.
Xalq artistləri Qəndab Quliyeva, Arif Babayev, əməkdar artist Aygün Bayramova və digər xanəndələrin ifa etdikləri muğam və xalq mahnıları tamaşaçıların qəlbini ehtizaza gətirmiş, böyük sənətkarın xatirəsini, oxularını yada salmışdır.
Xanəndənin xatirə gecəsi onun şövqlə ifa etdiyi “Qarabağ şikəstəsi”nin sədaları altında başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]
Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub
- 01.10.2026 [15:26]