Azərbaycan Dövlət İnformasiya Agentliyi

XALQIMIZ ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİNİ YAD EDİR

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu, ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından iki il keçir. Dekabrın 12-də - ulu öndərin vəfatının ildönümü günü sübh tezdən insanlar axın-axın Fəxri xiyabana gələrək, Azərbaycanın dahi oğlunun məzarını ziyarət edir, xatirəsinə sonsuz ehtiramlarını bildirir, burada ucaldılmış əzəmətli abidə kompleksinin önünə əklillər, gül-çiçək dəstələri qoyur, görkəmli şəxsiyyətə Uca Allahdan rəhmət diləyirdilər...

Heydər Əliyev canı qədər sevdiyi Azərbaycandan, xalqımızdan yalnız cismən ayrılıbdır. Bu böyük şəxsiyyətin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi məskən salmışdır. Onun ideyaları əbədiyyətə qədər Azərbaycana yol göstərəcəkdir.

Azərbaycan tarixinin Heydər Əliyev dövrü vətənini və millətini təhlükələrdən qurtararaq ardıcıl inkişaf yoluna çıxaran nəhəng şəxsiyyətin zamanın fövqünə yüksəlməsinə parlaq bir nümunədir. Heydər Əliyev xalqımızın dövlətçilik ənənələrini davam etdirərək daha da zənginləşdirmiş, uzaqgörənliyi və müdrikliyi, cəsarəti və fədakarlığı sayəsində müstəqil Azərbaycan dövlətini qoruyub saxlamışdır. İftixarla deyə bilərik ki, müstəqil Azərbaycan dövləti onun dühasının şah əsəri, indiki və gələcək nəsillərə əmanətidir.

Bu fikri həmin gün Fəxri xiyabanda AZƏRTAC-ın müxbirləri ilə söhbət edən müsahiblər dəfələrlə səsləndirmişlər.

Onlardan biri də Nəsimi rayonunun sakini, 83 yaşlı GÜLMURAD QURBANOVDUR: “Mən dünyanın hər üzünü görmüşəm. Tarixi şəxsiyyətlər barədə də çox eşitmişəm. Amma Heydər Əliyevin tayı-bərabəri yoxdur.

Rəhmətlik həm müdrik siyasətçi idi, həm də qayğıkeş insan. XX əsr boyu Azərbaycanda insanlara, o cümlədən mütəxəssislərə, ziyalılara Heydər Əliyev kimi daim qayğı göstərən, onları yüksək dəyərləndirən, kadrlarla işi hər zaman diqqət mərkəzində saxlayan ikinci bir dövlət başçısı olmayıbdır. Ölkənin gələcək inkişafını təmin edə biləcək kadrlar hazırlanması onun idarəçiliyinin əsas xüsusiyyətlərindən biri idi. Xalqımızın haqqı tapdalanmış görkəmli övladlarının, şəxsiyyətlərinin adlarının özlərinə qaytarılması, xatirələrinin əbədiləşdirilməsi, o cümlədən heykəllərinin qoyulması da Heydər Əliyevin adı ilə bağlıdır. Ona olan ümumxalq sevgisinin bir səbəbi də budur. Görün, nə qədər adam gəlir?! Onların hamısını buraya ürəklərinin hökmü, əbədi Prezidentimizə məhəbbət gətirir. O, bu sevgiyə, bu məhəbbətə layiqdir. Axı, ölkəni aclıqdan, səfalətdən, parçalanmaqdan, təhqirdən və müharibədən məhz millətin bu böyük oğlu xilas etmişdir. Heydər Əliyev olmasaydı, bax o tərəfdə gördüyünüz Şəhidlər xiyabanı ondan da böyük olardı. Mənim yaşım çoxdur, səksəni keçmişəm. 1990-cı illərin əvvəllərini yadınıza salın. Necə ağır günlər idi. Allah ona rəhmət eləsin, Heydər Əliyev olmasaydı, bugünkü azadlıq, bolluq və firavanlıq da olmazdı. Gör, o, nə qədər uzaqgörən adam idi ki, özündən sonranı da fikirləşib İlham Əliyev kimi şəxsiyyət qoyub getdi. Gərək biz o cür insana qızıldan heykəl qoyaydıq.

Allah ona rəhmət eləsin, məzarı nurla dolsun!”

…Azərbaycanlı olduğu üçün həmişə fəxr edən, bu hissini dünyaya car çəkən nadir şəxsiyyətin həyat və fəaliyyəti Azərbaycan tarixinin ən parlaq səhifəsinə çevrilibdir.

Şuşa Mədəni-Maarif Məktəbinin direktoru RƏSUL İSMAYILOV ümummilli liderin fəaliyyətinin məhz bu cəhətini vurğulayır: “Heydər Əliyev millətini hədsiz məhəbbətlə sevən, dünyanın harasında yaşamasından asılı olmayaraq, onları bir, həmrəy görmək istəyən Böyük Azərbaycanlı idi. Bütün ölkələrə səfərləri zamanı işinin gərgin olmasına baxmayaraq, həmin ölkədə yaşayan həmvətənlərimizlə görüşüb onların problemləri ilə maraqlanır, Azərbaycan ətrafında sıx birləşməyə çağırırdı. Milli diasporun formalaşması, inkişafı da bu böyük insanın adı ilə bağlıdır. O, dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə nail olmaq üçün vahid milli ideologiya, azərbaycançılıq ideologiyasını işləyib hazırladı. 2001-ci ildə Bakı şəhərində dünya azərbaycanlılarının birinci qurultayı keçirilməklə həmin ideologiya həyata vəsiqə aldı. Təsadüfi deyildir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı bu dahi şəxsiyyəti özünün əzəli və əbədi Prezidenti sayır. Allah rəhmət eləsin!”

... Bu gün respublikamızın hər yerində dahi şəxsiyyətin anma mərasimləri keçirilir. Bu mərasimlər müxtəlif tədbirlərlə davam edir. Həmin tədbirlərdə dahi siyasi xadimin təkcə ölkənin iqtisadi inkişafın sürətləndirilməsi üçün deyil, Azərbaycanın dünya birliyində layiqli yerini tutması üçün də apardığı uğurlu xarici siyasətdən söz açılır. Azərbaycan Respublikasının Avropa Şurasına qəbulu, NATO və Avropa Birliyi ilə genişlənən əməkdaşlıq bu siyasətin bəhrəsi kimi xarakterizə edilir.

... 12 dekabr. İzdiham hüznlü musiqinin sədaları altında türk dünyasının böyük oğlunun məzarını ziyarət edir.

İş adamı RÖVŞƏN QULİYEV böyük şəxsiyyət haqqında danışarkən çox incə bir məqama toxunur: “Azərbaycan həmişə Şərqin ulduzu olub. Bu imicin qaytarılması üçün Heydər Əliyev nə lazımdırsa etdi. Onun təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq, Azərbaycanda ölüm hökmü ləğv edildi. Bu addım dünyaya sübut etdi ki, Azərbaycan adlı məmləkətdə böyük mənəvi və mədəni keyfiyyətlərə malik insanlar yaşayırlar. Bu addım uzun illər erməni təbliğat maşınının azərbaycanlılar haqqında yaratmaq istədiyi mənfi imicə öldürücü zərbə vurdu.

Mən əslən qarabağlıyam, Füzuli rayonundanam. Ona görə də xalqımızın bu böyük oğlunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş fəaliyyətini böyük diqqətlə izləyirdim. O, bu münaqişənin mahiyyətini beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaqdan ötrü hansı əziyyətlərə qatlaşmadı?! Nə qədər maneələr dəf etdi! Nəhayət, problemin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə aradan qaldırılmasının ideya müəllifinə çevrildi.

Ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi bir milyondan çox soydaşımızı evsiz-eşiksiz qoymuş, Azərbaycan iqtisadiyyatına olduqca ağır zərbə vurmuşdur. Lakin bütün bu məhrumiyyətlərə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və gerçəkləşdirilmiş iqtisadi islahatlar və yeni neft strategiyası artıq konkret nəticələrini verməyə başlamışdır. Bu islahatlar ölkədə makroiqtisadi sabitliyə və iqtisadi yüksəlişə, o cümlədən sahibkarlığın inkişafına şərait yaratmışdır”.

...Heydər Əliyevin anma tədbirlərində qeyd olunur ki, müasir Azərbaycan bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübəsindən və dəyərlərindən bəhrələnərək, demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti, insan hüquqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq inkişaf edir.

Azərbaycan regionda lider dövlətə çevrilmişdir. İndi onun iştirakı, razılığı olmadan heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycanı tanıyırlar, qəbul edirlər və onunla hesablaşırlar. Qürur hissi ilə vurğulanır ki, Azərbaycanın dünyadakı yeri Heydər Əliyevin yeri, sözü, onun sözü, Azərbaycanın dünyadakı mövqeyi Heydər Əliyevin mövqeyidir...

ŞAİTDİN ƏLİYEV (Milli Məclisin sabiq deputatı): “Görkəmli şəxsiyyətlərin, dahi insanların tarixdəki rolu o zaman dəyərli olur ki, onlar şəraiti, hadisələrin gedişini və gələcəyi başqalarından daha dəqiq və düzgün qiymətləndirə bilsinlər. XX əsrin fenomenal şəxsiyyəti, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev belə xadimlərdən idi. Onda atalıq, alicənablıq, mətinlik, səbirlilik, sadiqlik kimi dövlət rəhbərinə xas olan bütün xüsusiyyətlər cəmləşmişdi. Dünya miqyaslı siyasətçinin respublikada yaratdığı ictimai-siyasi sabitlik, ölkə həyatının bütün sahələrində apardığı islahatlar müstəqil Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi beynəlxalq münasibətlər sistemində özünü təsdiq etməsinə gətirib çıxarmışdır. Məhz buna görə də qədirbilən xalqımız öz dahi oğlunun xatirəsini həmişə əziz tutacaq, onu unutmayacaq, əksinə, ulu öndərə olan sevgisi daha da artacaqdır.

Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin!”

...Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin haqq dünyasına qovuşmasından keçən dövr, eyni zamanda, bütün mənalı həyatını millətinin xoşbəxtliyinə həsr etmiş dahi şəxsiyyətin zəngin irsinə, müəyyənləşdirdiyi siyasi xəttinə və prinsiplərə bizim nə dərəcədə sadiq olduğumuzu sınaqdan çıxardı. Milli Məclisin deputatı ELMAN MƏMMƏDOV müxbirimizlə söhbətdə dedi: “Siyasətdə və dövlətçiliyin təcrübəsində də varisliyin olması gələcək inkişafı şərtləndirən başlıca amillərdən biridir. Fərəhli haldır ki, bu gün ümummilli liderimizin yolunu onun siyasi məktəbinin yetirməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. 2003-cü il oktyabrın 15-də tarixi seçim edən Azərbaycan xalqı sabitliyə, tərəqqiyə və sivilizasiyalı dünyaya inteqrasiyanın güclənməsinə tərəfdar olduğunu, demokratik prinsiplərə sadiqliyini bir daha təsdiqlədi. Bu seçimlə ölkəmizi böyük tərəqqiyə aparan yolun - Heydər Əliyev yolunun davam etdirilməsinin əsası qoyuldu. Bu gün İlham Əliyev müstəqil Azərbaycan dövlətini onun memarı və qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi yolla inamla gələcəyə doğru aparır. Əminik ki, onun rəhbərliyi ilə ölkəmizin daha işıqlı və firavan həyata qovuşacağı günlər uzaqda deyildir. Bunun üçün biz hamımız cənab İlham Əliyevin ətrafında birləşməli, Heydər Əliyevin ideyalarını davam etdirmək naminə əlimizdən gələni əsirgəməməliyik. Çünki bizim bu günümüz və sabahımız ulu öndərin ölməz ideyaları ilə sıx bağlıdır. Bu ideyaların layiqli varisi olmaq, onların tam şəkildə həyata keçməsinə kömək etmək hər birimizin mənəvi borcudur. Allah rəhmət eləsin!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb