Xanyurdu sakini: Prezidentlə görüş heç vaxt unutmayacağım tarixi an oldu VİDEO
Xocalı, 19 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
“Çox şadam ki, doğma Qarabağa qayıtmışıq. Prezidentimizə minnətdarlığımı bildirirəm. Ona görə ki, bizi torpaqlarımıza qaytardı. Dünən Prezidentimiz burada oldu, sakinlərlə görüşdü, evlərə baxış keçirdi. Allah Prezidentimizi qorusun. Mən fəxr edirəm ki, belə bir Prezidenti olan ölkənin vətəndaşıyam”.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xanyurdu kənd sakini Vüsalə Abbasova söyləyib.
O, Prezident İlham Əliyevlə görüşün xoş təəssüratlarını ifadə edərək deyib: “36 yaşım var, ilk dəfədir Prezidentlə görüşdə oluram. Çox həyəcanlı və çox sevincli idim. Mənim üçün heç vaxt unutmayacağım tarixi an oldu”.