Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti oktyabrın 10-u saat 23:59-dək uzadılıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki Dövlət Proqramı İdarəetmə Qrupunun saytında müvafiq keçidlərdən əldə oluna bilər.
Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]
“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub
- 10.08.2026 [13:16]
Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
- 10.08.2026 [13:10]