Xaricdə qalan 20 minə yaxın Rusiya vətəndaşı vətənə qayıdacağı günü gözləyir
Moskva, 30 iyun, AZƏRTAC
Hazırda xaricdə qalan 20 minə yaxın Rusiya vətəndaşı vətənə qayıdacağı günü gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, vətənə qayıtmaq üçün qeydiyyatdan keçmiş 20 minə yaxın Rusiya vətəndaşı hələ də xarici ölkələrdə qalıb.
Xatırladaq ki, martın 27-də Rusiya beynəlxalq müntəzəm və çarter aviareyslərini tamamilə dayandırıb. Ölkənin aviaşirkətləri yalnız xaricdə qalmış Rusiya vətəndaşlarını ölkəyə qaytarmaq üçün reyslər həyata keçirirlər. Bileti Rusiya aviaşirkətlərinə olan sərnişinlər pulsuz, xarici aviaşirkətlərə olan vətəndaşlar isə məsafədən asılı olaraq 200-400 avro vəsait ödəməklə geri qaytarılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]