XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Yanvarın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ünal Çeviközü qəbul etmişdir.
Görüş zamanı iki ölkə arasındakı dostluq münasibətlərinin, işgüzar əlaqələlərin möhkəmlənməsi və genişlənməsinə dair ətraflı fikir mübadiləsi aparılmışdır.
Söhbət zamanı Vilayət Quliyev və Ünal Çeviköz Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 10-cu ildönümü ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsinin zəruriliyini vurğuladılar.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]