XARİCİ ÖLKƏLƏRDƏ XALQIMIZIN MƏDƏNİ İRSİNƏ AİD 12 MİNDƏN ÇOX ƏLYAZMA VAR
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, hazırda xarici ölkələrin elmi kitabxana və fondlarında tariximizlə bağlı 12 mindən çox əlyazma var. İnstitutun direktor müavini, filologiya elmləri namizədi Paşa Kərimovun bildirdiyinə görə, onlar tərtib etdikləri kataloqla beynəlxalq kataloqları tutuşdurduqdan sonra belə qənaətə gəlmişlər. P.Kərimov vurğulamışdır ki, əlyazma kataloqlarının olmadığı ölkələr də nəzərə alınsa, xaricdə mədəni irsimizə dair əlyazmaların sayı 12 mindən çoxdur.
Həmin əlyazmaların ölkəmizə gətirilməsində səfirliklərimiz də fəal kömək göstərməlidirlər. Pakistan, Avstriya və Macarıstandakı səfirlərimiz bir neçə əlyazmanın surətini institutumuzun fonduna göndərmişlər. Xaricdəki diplomatlarımızın təşəbbüslərinin davam etdirilməsi nadir əlyazmaların ölkəmizə qaytarılmasına böyük kömək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]