XARİCİ TİCARƏTDƏ 6946 HÜQUQİ VƏ FİZİKİ ŞƏXS MƏŞĞUL OLMUŞDUR
Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin 6 ayı ərzində xarici ticarətdə 2 min 856 hüquqi və 4 min 90 fiziki şəxs məşğul olmuşdur.
İxrac əməliyyatlarında dövlət bölməsinin payı 1 milyard 846 milyon 147,9 min dollar, özəl bölmənin 1 milyard 38 milyon 520,8 min dollar, fiziki şəxslərin isə 39 milyon 390,3 min dollar olmuşdur. Bu rəqəmlər idxalda müvafiq surətdə 616 milyon 382,1 min, 1milyard 367 milyon 908,7 min və 133 milyon 348,7 min dollar təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:24]
Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
- 15.10.2026 [12:10]