Xarici turistlər Nizami Gəncəvinin irsini öyrənməyə maraq göstərirlər
Gəncə, 12 avqust (AZƏRTAC). Cari ilin ötən 7 ayında Gəncəyə gələn xarici turistlərin demək olar hamısı dahi söz ustası Nizami Gəncəvinin irsinə maraq göstərmişdir.
Şəhər mədəniyyət və turizm idarəsinin baş məsləhətçisi Asif Məmmədov AZƏRTAC-a bildirmişdir ki, bu marağı nəzərə alaraq xarici turistlərə Nizami Gəncəvi və onun külliyyatı haqqında ətraflı bilgi vermək üçün xüsusi proqram hazırlanmışdır. Həmin proqrama əsasən, xarici turistlərin dahi söz ustasının məqbərəsini ziyarət etmələri ilə bərabər, onlara şairin əsərləri haqqında da ətraflı məlumat verilmiş, çap olunmuş xüsusi bukletlər paylanmışdır.
Son bir ayda Gəncəyə Türkiyə, ABŞ, İngiltərə, Ukrayna, İran, Dağıstan və sair ölkələrdən gəlmiş 60-dan artıq turistə Nizami Gəncəvinin yaradıcılığı haqqında ətraflı məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]