Xəbərdarlıq: Respublikanın bəzi yerlərində fasilələrlə leysan yağacaq
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-ü axşamdan 25-i axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var.
İyulun 24-ü gündüz dağlıq ərazilərdən başlayaraq iyulun 26-sı axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan Muxtar Respublikası, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [19:21]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [17:59]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]