“Xəcalət” tamaşası yenidən səhnədə
Bakı, 25 fevral, AZƏRTAC
Akademik Milli Dram Teatrında tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə tədbir keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində fevralın 25-i və 26-sında Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası nümayiş olunacaq.
Qeyd edək ki, 2002-ci ildə Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə qələmə alınan pyes, 2006-cı ildə bu mədəniyyət ocağında rejissor Bəhram Osmanov tərəfindən tamaşaya hazırlanıb.
Tamaşada respublikanın xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Xədicə Novruzlu çıxış edirlər.
Xalqımızın taleyüklü məsələlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilən “Xəcalət” tamaşasında Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara məruz qoyması bədii obrazlar vasitəsilə, yüksək bədii-estetik keyfiyyətlə canlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]