XƏTAİ RAYONUNDA TƏŞKİL OLUNAN SATIŞ YARMARKALARININ FƏALİYYƏTİ GENİŞLƏNİR
Avqustun 13-də havanın həddən artıq isti olmasına baxmayaraq rayonun ərazisindəki yarmarkalarda qızğın alış-veriş getmişdir. Şənbə və bazar günləri Azərbaycanın müxtəlif rayonlarından buraya 80-dən artıq avtomaşında təxminən 250-300 ton müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmiş və ucuz qiymətə şəhər əhalisinə satılmışdır.
Satıcı və alıcıların sayı gündən-günə çoxaldığı kimi, yarmarkalara gətirilən məhsulların çeşidi də artır. İndiyədək gətirilən ənənəvi meyvə və tərəvəzlə yanaşı, bu dəfə alıcılara, bazarlarda az-az görünən göyəm və sütül günəbaxan kimi, məhsullar da təklif olunurdu. Burada ürəyin nə istəsə ala bilərsən: ət, yağ, yumurta, pendir, müxtəlif növ konserv məhsulları, meyvə və tərəvəz... Hər şey təzə, hər şey ucuz.
Şəhər əhalisini də, kəndli-fermerləri də razı salan bu tədbirin daimi olacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]