Xəzər rayonunda ayaqqabı istehsalı sexi yanıb
Bakı, 12 mart, AZƏRTAC
Paytaxtın Xəzər və Sabunçu rayonlarında yanğın hadisələri olub.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Xəzər rayonunda ümumi sahəsi 40 kvadratmetr olan ayaqqabı istehsalı sexinin dam örtüyü və içərisindəki mallar 15 kvadratmetr sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sabunçu rayonunda isə ümumi sahəsi 40 kvadratmetr olan ərzaq mağazasının lambirindən ibarət tavanı və içərisindəki mallar, bir ədəd kondisioner, bir ədəd soyuducu qismən yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı digər mağazalar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]