Xəzər sahilində ölü suitilər aşkar edilib
Astana, 3 noyabr, AZƏRTAC
Qazaxıstanın Tupqarağan rayonunun Bautino kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, iri dəniz məməlisini görən və bu barədə aidiyyəti orqanlara məlumat verən yerli sakin sahildə altı ölü suitinin uzandığını bildirib. Onlardan ikisinin boğazına balıqçı torları dolaşmış vəziyyətdə olub.
Mangistau vilayətinin balıq ehtiyatlarının mühafizəsi idarəsi məlumat yayıb ki, faktla bağlı hadisə yerinə bütün səlahiyyətli qurumların inspektorları ezam edilib.
Xatırladaq ki, bu ilin may ayında Mangistau sahillərində 279, iyul ayında isə Aktau sahilində bir ölü suiti aşkarlanmışdı.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:55]
Qazaxıstanda yerli özünüidarəetmə sistemində islahat hazırlanır
- 02.06.2026 [18:04]
Macarıstanın yeni Baş naziri Almaniyaya səfər edib
- 02.06.2026 [17:51]