Xəzərin çirkab sulardan təmizlənməsi davam edir
Bakı, 4 iyun (AZƏRTAC). Çimərlik mövsümünün başlaması ilə əlaqədar əhalinin təhlükəsizliyi və sağlamlığının qayğısına Fövqəladə Hallar və Səhiyyə nazirlikləri qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin yalnız çirkab sulardan təmizlənməsi ilə məşğuldur.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə müsahibəsində demişdir. Nazir bildirmişdir ki, Abşeron yarımadası akvatoriyasında quraşdırılmış 17 sutəmizləyici qurğu ilə dənizə axıdılan çirkab suların qarşısı alınır.
Mərdəkan qəsəbəsi “Qızıl Qum” istirahət zonası yaxınlığında quraşdırılan modul tipli bioloji təmizləmə qurğusu vasitəsilə həmin ərazidə 64 min kvadratmetr bataqlıq sahə çirkab sulardan təmizlənmişdir. Həmin qurğunun yeri dəyişdirilərək Sumqayıt sahil zolağında quraşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]