XƏZƏRİN STATUSUNA DAİR DANIŞIQLAR DAHA İNTENSİV APARILACAQDIR
Xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a bildirmişdir ki, İranın xarici işlər naziri Mənuçehr Mottəkinin respublikamızda keçirdiyi görüşlərdə Xəzərin statusunun müəyyən edilməsi üçün 5 ölkə arasında aparılan ikitərəfli və çoxtərəfli danışıqların daha da sürətləndirilməsi barədə ümumi fikir ifadə olunmuş, hər iki dövlətin rəhbərliyinin məsələnin tezliklə öz həllini tapmasına bundan sonra da siyasi dəstək verəcəyi bildirilmişdir.
Azərbaycan Xəzərin dibinin bölünməsinin beynəlxalq hüquq prinsipləri əsasında aparılmasına tərəfdardır.