Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası keçiriləcəkdir
Bakı, 21 noyabr (AZƏRTAC). Noyabrın 23-24-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin təşkilatçılığı ilə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası (KASPKOM-16) keçiriləcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə sessiyada Dünya Meteorologiya Təşkilatının, BMT-nin Ətraf Mühit Proqramının, gəmiçilik və aviasiya, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Sessiyada operativ dəniz hidrometeorologiya xidməti, hidrometeoroloji müşahidə şəbəkəsinin vəziyyəti, Xəzər dənizinin çoxillik səviyyə tərəddüdləri və suyun temperaturu kataloqunun hazırlanması üzrə aparılan elmi-tədqiqat işləri, əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]