®“Xiaomi” və “GLA”dan kiber-idmançılar üçün əla fürsət
Bakı, 18 oktyabr, AZƏRTAC
“Gaming League Azerbaijan” “Xiaomi” şirkətinin dəstəyi ilə birgə kiber-idman üzrə iştirakçı sayına görə ölkənin ən böyük “Xiaomi Azerbaijan x PUBG Mobile Cup” uğrunda yarış keçirəcək.
AZƏRTAC xəbər verir ki, ölkəmizin bütün regionlarını əhatə edəcək yarış onlayn formatda təşkil olunacaq və ümumilikdə 1500 qeymerin iştirakı gözlənilir.
Qeydiyyat üçün GLA-nın instaqram səhifəsində (@glahub) ətraflı məlumat almaq mümkündür.
Azərbaycanın ən populyar mobil oyunlarından biri olan “PUBG Mobile” üzrə turnirdə ölkə ərazisində yaşayan və yaşı 16-dan yuxarı olan bütün vətəndaşlar iştirak edə bilər.
Turnirin “PUBG Mobile” üzrə təşkili “Xiaomi” şirkəti tərəfindən dəstəklənib.
Oktyabrın 18-də başlayacaq yarış noyabrın 9-da başa çatacaq.
“Xiaomi Azerbaijan x PUBG Mobile Cup”ın qaliblərinə 3500 manat dəyərində mobil telefonlar və başqa hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycanda 2019-cu ildə yaranmış və kiber-idman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiber-idman çempionatı təşkil edib. Kiber-idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]