CƏMİYYƏT
Xızı rayonunda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Bakı, 28 iyun, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayonda Vətən müharibəsi şəhidlərinin ailələrini Qurban bayramı münasibətilə ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları verib, onları təbrik edib, problemləri ilə maraqlanıblar.
Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, Qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.
Kömək edilən ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:16]
“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib
- 28.06.2024 [18:23]
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq
- 28.06.2024 [18:18]
Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri
- 28.06.2024 [18:04]