Xızıda mikroavtobusla minik maşını toqquşub, ölən və yaralananlar var
Xızı, 13 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 13-ü səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı mikroavtobusla minik maşınının toqquşması nəticəsində iki nəfər ölüb, 4 nəfər isə ağır xəsarətlər alıb. Ölənlər minik avtomobilinin sürücüsü 1951-ci il təvəllüdlü Abdulov Abdul Rəsul oğlu və mikroavtobusda olan Elvin adlı sərnişindir.
Yaralılar Aynurə Abbasova, Səriyyə Haşımova, Sübhan Talıblı və Şəhriyar Musayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.