Xocalı soyqırımı barədə Rusiya parlamentarisinin bəyanatı İordaniyanın nüfuzlu nəşrində dərc olunub
Əbu-Dabi, 23 oktyabr, AZƏRTAC
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən yayılmış bəyanatı İordaniyanın nüfuzlu “Orobanyus” nəşrində dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Dmitri Savelyev: Xocalıda törədilmiş hadisə Azərbaycan xalqına qarşı soyqırımıdır” sərlövhəli materialda Xocalıda Azərbaycana qarşı törədilmiş soyqırımından bəhs olunur.
Rusiyalı parlamentari qeyd edir ki, 26 il bundan əvvəl Xocalıda dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib, heç bir təqsiri olmayan 613 nəfər qətlə yetirilib. RF Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib: “Bu, soyqırımıdır. Bu cinayəti törədənlər isə hələ də cəzalandırılmayıb. Biz hamımız birlikdə Xocalı soyqırımı haqqında həqiqəti dünyaya çatdırmağa çalışmalıyıq ki, bu faciənin təqsirkarları layiqli cəzalarını alsınlar”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]