XOCALI SOYQIRIMI İLƏ BAĞLI MƏLUMATLAR DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMALIDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (AMEA MEK) Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı tədbir keçirilmiş, faciə qurbanlarının xatirəsi yad edilmişdir.
Burada açılmış sərgidə ingilis, rus, fransız və fars dillərində Xocalı faciəsindən bəhs edən kitablar və jurnallar nümayiş etdirilir.
AMEA MEK-in direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli, A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov mənfur ermənilərin işğalçılıq siyasətindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni cəlladlarının havadarları ilə birgə törətdikləri vəhşiliklərdən danışmışlar. Natiqlər diqqətə çatdırmışlar ki, bu soyqırımı nəticəsində yüzlərlə günahsız uşaq, qadın və qoca qanına qəltan edilmiş və girov götürülmüşdür.
Bu dəhşətli faciə barədə dünya xalqlarına daha ətraflı məlumatların çatdırılmasının vacibliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]