“Xocalı soyqırımını unutma” mövzusunda tədbir keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir.
MTK-dan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə məktəbin şagirdləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş qanlı hadisələri əks etdirən ədəbi-bədii kompozisiya göstərmişlər.
Sonda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin nəzdindəki məktəbin direktoru Nasim Abışov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Sədaqət Əhmədova çıxış edərək, erməni quldurlarının Xocalıda günahsız insanların başına gətirdikləri müsibətlərdən danışmışlar. Natiqlər ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizin Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə işğaldan azad ediləcəyinə əminliklərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]