Xocəsəndə Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib



Bakı, 14 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin iştirakı ilə Xocəsən qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasına və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi olub.
Aksiyada torpaq-iqlim şəraitinə uyğun seçilmiş 300 ədəd müxtəlif növ ağac və mövsümi gül əkilib, bitkilərə müvafiq aqrotexniki qulluq göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [20:26]
Azərbaycan Aktauda keçiriləcək beynəlxalq tibb konqresində iştirak edəcək
- 18.06.2025 [19:37]
Francesco Corvaro: İtaliya Bakı Platformasının fəaliyyətinə sadiqdir
- 18.06.2025 [19:19]
Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb VİDEO
- 18.06.2025 [18:56]