Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xristian Demokratlar İttifaqının İqtisadi Şurasının saytında Azərbaycanın enerji siyasətinə dair məqalə dərc olunub

Xristian Demokratlar İttifaqının İqtisadi Şurasının saytında Azərbaycanın enerji siyasətinə dair məqalə dərc olunub

Berlin, 5 sentyabr, AZƏRTAC

Xristian Demokratlar İttifaqının (“CDU”) İqtisadi Şurasının saytında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun “Azərbaycanın transregional enerji siyasəti” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə ölkəmizin enerji strategiyası, transregional enerji bağlantılarının daha da gücləndirilməsinə töhfəsi, Cənub Qaz Dəhlizi (CQD), energetika sahəsində Azərbaycanın Almaniya və Avropa İttifaqı (Aİ) ilə münasibətləri, eləcə də bərpaolunan enerji mənbələri üzrə gələcəyə baxışı barədə məlumatlar əksini tapıb.

AZƏRTAC məqalənin xülasəsini təqdim edir.

Enerji strategiyası

Azərbaycan zəngin yanacaq ehtiyatlarına malikdir. Karbohidrogen ehtiyatları ölkənin iqtisadiyyatının və enerji siyasətinin təməl daşını təşkil edir. Azərbaycan enerji dövləti qismində təqdir olunur. Ölkə yalnız xam neftin və təbii qazın deyil, eyni zamanda, enerji ixracatçısıdır. Azərbaycan qlobal səviyyədə enerji cəhətdən özünü ən yüksək dərəcədə təmin edən ölkələrdən biridir. Dünyanın ən mühüm enerji istehsalçılarından və ixracatçılarından biri olan ölkə kimi Azərbaycan, həmçinin özünü çox etibarlı tərəfdaş qismində təsdiq edib və aparıcı transmilli enerji korporasiyaları tərəfindən ölkədə fəaliyyətlərinin qurulması üçün stimullar təmin edib. Ölkədə elektrik enerjisi ilə təminat və qazlaşdırma təxminən 100 faiz səviyyəsindədir. Azərbaycan, həmçinin qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Bu ölkənin enerji strategiyası regionda və ondan kənarda iqtisadi sabitliyə, əməkdaşlığa və qarşılıqlı faydalı tərəfdaşlıqlara töhfə vermək məqsədi daşıyır.

Transregional enerji bağlantısı

Ölkədə davamlı inkişafa nail olunması, iqtisadi şaxələndirmənin sürətləndirilməsi və iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan qlobal iqtisadiyyata səmərəli inteqrasiyasını əlavə vasitə hesab edir. Regionun qlobal iqtisadiyyata inteqrasiyası, həmçinin səmərəli bağlantının yaradılmasını tələb edir. Bu kontekstdə, enerji təhlükəsizliyini təmin edən bağlantı Azərbaycanın strateji gələcəyə baxışının təməl daşı olaraq qalır.

Azərbaycan Xəzər dənizi regionunda və ondan kənarda enerji infrastrukturu layihələri üzrə əsas aktorlardan və investorlardan birinə çevrilməyə nail olub. Ölkə tərəfdaşları ilə birlikdə Xəzər dənizinin enerji resurslarını qlobal bazarlara çatdıran beynəlxalq neft və qaz boru kəmərləri inşa etməklə uğurlu əməkdaşlıq modeli qurub. Azərbaycan, eyni zamanda, regionun və Avropanın enerji təhlükəsizliyini təmin etmək, eləcə də enerji təchizatı marşrutlarının şaxələndirilməsi məqsədilə nəhəng boru kəmərlərinin təşəbbüskarı olub.

Beynəlxalq strateji nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə və enerji qovşağı olmaqla Azərbaycan güclü tranzit potensialına malikdir, eləcə də Avropanı və Asiyanı birləşdirmək üçün çoxsaylı imkanlar təklif edir. Bu xüsusda “Şərq-Qərb” və “Şimal-Cənub” enerji dəhlizləri Azərbaycanın enerji siyasətinin tərkib hissələridir.

Regional enerji təhlükəsizliyinin təminatçısı qismində Azərbaycan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi enerji layihələrinin təşəbbüskarı olmaqla liderliyini nümayiş etdirib. Beynəlxalq enerji layihələrini həyata keçirməklə bu ölkə etibarlı enerji təchizatçısı kimi özünü təsdiqləyib, Asiya və Avropa arasında mühüm körpüyə çevrilib.

Cənub Qaz Dəhlizi

Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində regional və qlobal mövqeyini gücləndirəcək növbəti mərhələyə qədəm qoyub. Cənub Qaz Dəhlizi yalnız Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət etmir, eyni zamanda, regionun digər enerji istehsalçıları üçün enerji resurslarını Qərbə ixrac etmək üçün bir sıra imkanlar yaradır. Bu layihə regionun qlobal iqtisadiyyata səmərəli inteqrasiyası üçün güclü “mühərrik” olacaq. Layihənin tərkib hissələri olan Cənubi Qafqaz Boru Kəməri və TANAP artıq istifadəyə verilib. Layihənin sonuncu hissəsi TAP uğurla reallaşdırılır və işlərin təxminən 97 faizi tamamlanıb. Bu kəmərin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizi, həmçinin genişləndirilə bilən şəbəkədir, o cümlədən yeni təchizatçıların, tranzit və istehlakçı ölkələrin cəlb olunması məqsədilə onun digər Aİ ölkələri ilə də birləşdirilməsi potensialı mövcuddur.

Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə münasibətləri: enerji sahəsi

Enerji Azərbaycan ilə Almaniya arasında iqtisadi münasibətlərin mühüm elementini təşkil edir. Azərbaycan Almaniyanın əsas xam neft təchizatçılarından biridir. 2019-cu ildə Azərbaycandan Almaniyaya təxminən 3 milyon ton xam neft ixrac olunub. Cənub Qaz Dəhlizi “Transitgas” boru kəməri vasitəsilə Xəzər dənizindən çıxarılan təbii qazın İsveçrə ərazisindən keçməklə Almaniyaya çatdırılmasını mümkün edəcək. Alman şirkətləri və maliyyə institutları Azərbaycanın enerji sektorunda, eləcə də Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasında fəal iştirak edirlər. Alman-Azərbaycan Xarici Ticarət Palatası uğurla fəaliyyət göstərir və onun üzvlərinin sayı 145-i ötüb.

Aİ-nin “Şərq tərəfdaşlığı” təşəbbüsünün iştirakçısı olan Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşdır və Xəzər dənizinin enerji resurslarının Avropa bazarına nəqlində mühüm rol oynayır. Aİ ilə strateji enerji əməkdaşlığı qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunəsidir. Azərbaycan Aİ-nin “INOGATE” və “EU4Energy” proqramlarının fəal iştirakçısıdır.

Bərpaolunan enerji üzrə gələcəyə baxış

Azərbaycan, həmçinin bərpaolunan enerji mənbələri sahəsində geniş potensiala malikdir və davamlı enerji sisteminin yaradılması iqtisadi prioritetlərdən biridir. Neft və təbii qaz sektorundan əldə olunmuş gəlirlər iqtisadiyyatın digər sektorları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin də inkişafına yönəldilir. Azərbaycanın Günəş, külək, su, biokütlə, geotermal enerji mənbələri üzrə perspektivləri ölkəni bərpaolunan enerji sahəsində də regional liderə çevirir. Bərpaolunan enerji mənbələri üçün əlverişli məkanlar ölkə ərazisi boyunca geniş yayılıb.

Ölkənin iqtisadi gücü, lazımi infrastrukturu, əlverişli coğrafi mövqeyi və iqlim şərtləri kimi amillər bərpaolunan enerji istehsalının maksimallaşdırılmasında müstəsna rol oynayır. Bərpaolunan enerjinin tətbiqinin irəlilədilməsi məqsədilə Azərbaycan davamlı olaraq biznes və tənzimləyici mühiti təkmilləşdirir, əlverişli biznes imkanlarını təşviq edir, o cümlədən çoxsaylı stimullaşdırıcı tədbirlər həyata keçirir. Bərpaolunan enerjilərin instalyasiya edilmiş potensialda cari payının 2020-ci ilin sonunadək təxminən 20 faizə çatacağı təxmin edilir. Ölkənin hədəfi hazırkı payın 2030-cu ilədək 30 faizə çatıdırılmasından ibarətdir.

Məlumat üçün bildirək ki, İqtisadi Şura “CDU” ilə sıx əlaqəli qurumdur və biznes assosiasiyası qismində Almaniyada böyük nüfuza malikdir. Təsisat bütün iqtisadi sektorlarda fəaliyyət göstərən 11 mindən artıq kiçik və orta müəssisənin, eləcə də böyük transmilli korporasiyaların işgüzar maraqlarını təmsil edir. Şura tərəfindən il ərzində çoxsaylı iqtisadi tədbirlər təşkil olunur, o cümlədən Almaniyada və Avropada aparıcı qərarverici şəxslərlə davamlı biznes dialoqu üçün platforma təmin edilir. Təşkilat çərçivəsində müvafiq federal mütəxəssis komissiyaları fəaliyyət göstərir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub

Cəlilabadda bədbəxt hadisə baş verib

Telman İbrahimov: Qafqaz Albaniyasında heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır

İlqar Fəhmi: Nizami yaradıcılığının təbliği, gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır

Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar

Elm Fondunun qrant dəstəyi Qafqaz Albaniyasının maddi-mədəni irsinin tədqiqinə yeni imkanlar yaradır

Ekspert: Paytaxtın mərkəzdən kənarlara doğru genişləndirilməsi və inkişaf etdirilməsi həyata keçirilməlidir

Diplomatların Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh ritorikası ilə reallıq arasındakı ziddiyyətdir ŞƏRH

Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Dövlət katibi: ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı müdafiə öhdəliklərini yerinə yetirəcək

Xaçmazda oğurluq edən şəxs saxlanılıb

ABŞ, Danimarka və Qrenlandiya liderləri bu gün təhlükəsizlik sazişi imzalayacaqlar

Sabah Masallının 4 yaşayış məntəqəsinə qazın verilişi dayandırılacaq

Azərbaycan türk dövlətləri arasında turizm əlaqələrinin inkişafında mühüm rol oynayır

Nyu-Yorkda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi başlayır

Livan ölkənin cənubunda yeni beynəlxalq kontingentin yerləşdirilməsini istəyir

Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi kompleks şəkildə araşdırılmalıdır