Xudatda narkotik əməliyyatı: 2 nəfər saxlanılıb
Bakı, 27 iyul, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Vüqar Məmmədxanov və Ayaz Rəhimov saxlanılıblar . Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Vüqar Məmmədxanovun barəsində həbs qətimkan tədbiri, Ayaz Rəhimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]