Xüsusi olimpiyaçılar arasında atletika üzrə seçmə yarış keçiriləcək
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 27-də Şağan Olimpiya İdman Kompleksinin stadionunda atletika üzrə seçmə yarış keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.
Turnirdə xüsusi, yardımçı məktəb və internatların komandaları ilə yanaşı, Autizm təşkilatları da iştirak edəcəklər.
Yarışlarda xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisə şagirdləri, məzunları, eyni zamanda, ailələrdən olan idmançılar mübarizə aparacaqlar. Oğlanlar və qızlar arasında təşkil olunacaq yarış xüsusi Olimpiya proqramına uyğun keçiriləcək.
Turnir 2022-ci ilin beynəlxalq yarışlarına seçmə xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]