Azərbaycan Dövlət İnformasiya Agentliyi

XX əsrin əvvəllərinə qədər Xankəndi şəhərində ermənilər yaşamayıb - Tarixçi

XX əsrin əvvəllərinə qədər Xankəndi şəhərində ermənilər yaşamayıb -  Tarixçi

Bakı, 22 avqust, Aytac Haqverdiyeva, AZƏRTAC

Ermənistan rəhbərliyi birbaşa və ya dolayısı ilə Qarabağ İqtisadi rayonunun şimal hissəsinin baş kəndi olan Xankəndi şəhərinin ermənilərə məxsusluğu ilə bağlı heç bir fakta əsaslanmayan yalan məlumat yayırlar. Araşdırmalar göstərir ki, keçən əsrin əvvəllərinə, yəni 1920-ci ilə qədər Xankəndi şəhərində bir nəfər belə erməni millətindən insan yaşamayıb.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun sözlərinə görə, ermənilərin özününküləşdirmə siyasətinin qurbanına çevrilən Qarabağın Xankəndi şəhəri digər Azərbaycan şəhərlərindən daha gənc olması ilə fərqlənir. Etibarlı mənbələrdən əldə edilən məlumata əsasən, Xankəndi XVIII əsrin axırlarında mövcud olan müstəqil Azərbaycan dövləti Qarabağ xanlığında yaşayan zadəgan ailələr üçün istirahət mərkəzi kimi istifadə olunub. Xankəndi istirahət mərkəzi xanlığın paytaxtı Pənahabadın - indiki Şuşa şəhərinin 10 kilometrliyində, Qarabağ dağ silsiləsinin şərq yamacında kiçik bir düzəndə yerləşir.

İlk illər istirahət düşərgəsində sadəcə xan və onun ailəsi yaşayırdı. Məhz bu səbəbdən həmin bölgə el arasında "Xanın kəndi" (Xankəndi) kimi tanınıb. Lakin sonralar bu məntəqəyə sənətkarlar, tacirlər və digər peşə sahibləri köçüb, yaşayış məntəqəsinin miqyası kifayət qədər böyüyüb və genişlənib. Xankəndi şəhərinin 15 əsas məhəlləsi olsa da, 1918-1920-ci illərə qədər şəhər bir qədər böyüdüldü və məhəllələrin sayı 37-yə çatdı.

Xankəndində Qara Hüseyn, Məcidli, Alış, Yaşıl, Siyafur, İmam Əli, Xarrat usta Qulu, Ərminavan, Əyridam, Çaykənarı, Səmirabad, Sarı, Biləndərli, Yurdyer, Böyük, Mirzələr, Kiçik adlı ümumi sayı 17 olan məscid xidmət göstərib. Şəhər yaxınlığındakı qəbiristanlıqlarda 17 türbə, Möminə Xatın və Otludərə məbədləri kimi möhtəşəm memarlıq abidələri, eyni zamanda, Seyid Məhəmməd, Kərki, Qala piri, Xəlifə İbrahim Vəlullah ocağı, Böyük Pir ziyarətgahı kimi iman gətirilən inanc yerləri olub.

Mərkəzşəhər, Seyid Məhəmməd, Mahallı, Məcidli, Saatlı, Yazarlarar, Tarzənlər, Ağa, Xanbağı, Böyükbazar, Tacirlər, Yuxarı, Dağ, Aşağı, Baiqar və Üçyol Qurdları məhəllələri Xankəndi şəhərində ilk salınan 15 əsas məhəllə sayılır. Məşədi Əsədulla, Qayabaşı, Zəngəzurlular, Ozan, Qala, Təzə, Çaparxanlı, Xərratlar, Orta, Zadəganlar, Qarqar, Cüdürxan, Alakeşlər, Allahgərək, Kotanqaya, Böyük, Kiçik, Biləndərlilər, Qabıcıq-Hökmavar, Qoyqəşəm, Poylu və Şingədan kimi məhəllələr isə sonradan salınıb. Ümumiyyətlə, Xankəndi şəhərində yerləşən məhəllə adları içərisində heç bir erməni adına və ya toponiminə rast gəlinmir.

Bölgənin tarixi qaynaqlarında 1920-ci ilə qədər Xankəndi şəhərində yaşayan 1375 ailədən və təqribən 8 minə yaxın əhalidən bir nəfərinin belə erməni millətinə aid olmadığı açıq-aşkar görünür. Qarabağ xanlığının Rusiya tərəfindən işğal edildiyi vaxta - 1805-ci il mayın 14-dək Xankəndi şəhəri, Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimin mülkü hesab olunurdu. Yəni indiki Xankəndi şəhərinin yerləşdiyi ərazi, hər hansı etnik qrupa, millətə deyil, bir azərbaycanlı xanıma aid mülk olub.

Rusiyanın təzyiqi ilə İbrahimxəlil xan və Rusiya generalı Pavel Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçərək faktiki olaraq Rusiya tərəfindən işğal olundu. Daha sonra - 1806-cı ildə mayor Lisaneviç başda olmaqla rus hərbçiləri İbrahimxəlil xan və onun ailəsini qətlə yetirdilər. Rusiyanın Qarabağı işğal etməsi, Xankəndinin də taleyinə ciddi təsir etdi. İşğaldan dərhal sonra Xankəndində çarın ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Məhz bu səbəbdən həmin ərazi 1847-ci ildə hazırlanmış Rusiya hərbi xəritələrində rəsmi şəkildə Xankəndi adı ilə qeyd olundu.

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan keçmədi. Tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarında ruslar tərəfindən məskunlaşdırılan ermənilər illər sonra bölgəni mənimsəyib Ermənistan dövlətini yaratdılar. Bu hadisədən ruhlanan erməni millətçiləri Naxçıvan, Zəngəzur, Qarabağ və ümumilikdə bütün Azərbaycan torpaqlarına qarşı ərazi iddiası sürməyə başladılar. Həmin dövrlərdə cərəyan edən mürəkkəb siyasi proseslər zamanı erməni hərbi birləşmələri bölgədə azərbaycanlıların yaşadığı şəhər və kəndlərə hücum edib, dinc insanları öldürürdülər. Lakin 1918-1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində qismən erməni millətçilərinin Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu. Təəssüf ki, cümhuriyyətin süqutundan dərhal sonra ermənilərin Xankəndində məskunlaşdırılması sürətlə artmağa davam etdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında” dekret qəbul etdi. Həmin dekretə əsasən Xankəndi DQMV-in mərkəzi şəhəri elan olundu. Lakin 1923-cü il sentyabrında qədim Azərbaycan şəhəri olan Xankəndi Bakı Komissarları Sovetinin başçısı, çoxsaylı azərbaycanlının qatili Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı.

Həmin dövrlərdə müxtəlif şəhərlərdən Xankəndinə köçürülən ermənilərin sayının sürətlə artması bölgədə yeni yaşayış evlərinin yaranmasına zərurət yaradırdı. Məhz bu problem ermənilərin Xankəndi şəhərində apardığı “yenidən qurulma” siyasətinin işə düşməsinə səbəb oldu. Bu faciəvi “yenidən qurulma” planı zamanı Xankəndi şəhərində yerləşən azərbaycanlılara məxsus qədim memarlıq abidələri, yaşayış evləri və inzibati binalar “köhnəliyin” əlaməti kimi dəyərləndirilərək kütləvi şəkildə söküldü. Şəhərin bəzəyi sayılan 37 məhəllə sökülərək ləğv edildi. Eyni zamanda, bütün tarixi-mədəniyyət abidələri, 15 məscid, 17 türbə, 5 ziyarətgah, 2 məbəd, 15 məhəllə və qəbiristanlıqlar xüsusi vəhşiliklə dağıdıldı.

Qədim abidələr sökülərək yerində yeni üçmərtəbəli, beşmərtəbəli yaşayış evləri tikildi. Azərbaycanın mədəni irsinin xarabalıqları üzərində yeni parklar, restoranlar, qastronomlar, erməni separatçılarının liderlərinin şərəfinə monumental heykəllər, qurğular inşa edildi. Xankəndi şəhərində məhdud sayda XVIII - XIX əsrə aid yaşayış evləri və inzibati binalar qalsa da, onların xarici interyerləri dəyişdirilərək tanınmaz hala salındı...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq