XXII dünya çempionatında ilk qol vurulub


Bakı, 20 noyabr, AZƏRTAC
Qətərin ev sahibliyi etdiyi futbol üzrə XXII dünya çempionatında ilk qol vurulub.
AZƏRTAC xəbər verir ki, mundialın açılış maçı - Qətər - Ekvador oyununda hesabı qonaqlar açıb. Belə ki, matçın 16-cı dəqiqəsində penaltidən fərqlənən Enner Valensiya Ekvador millisini hesabda önə keçirib.
Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.
Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.