YANVAR-AVQUST AYLARINDA ƏHALİNİN GƏLİRLƏRİ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2006-cı ilin yanvar-avqust ayları ərzində əhalinin gəlirlərinin nominal həcmi 6,5 milyard manata çataraq əvvəlki ilin eyni dövrünə nisbətən 20,6 faiz və ya 1,1 milyard manat artmışdır. Bu dövrdə ölkə əhalisinin hər nəfərinə düşən gəlir 19,2 faiz artaraq 783,1 manat olmuşdur. Bu rəqəm avqust ayında 99,4 manat təşkil etmişdir.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 5,8 milyard manat gəlir qalmışdır. Gəlirlərin 70,4 faizi son istehlak xərclərinə, 11,7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 17,9 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]