Yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb
Bakı, 7 fevral, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını açıqlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda isə Türkiyədən 146, Rusiyadan 102, Ukraynadan 51, Birləşmiş Krallıqdan 23, Gürcüstandan 17, Polşadan 10, Macarıstandan 9, İtaliyadan 8, Belarusdan 6, Almaniya Federativ Respublikasından 5, Amerika Birləşmiş Ştatlarından 4, İsveç Krallığından 2, Niderland Krallığından 2, Qazaxıstandan 2 müraciət qeydə alınıb. Avstraliya İttifaqı, Belçika, Çex Respublikası, Estoniya, İndoneziya, İran, İsveçrə Konfederasiyası, Koreya Respublikası, Latviya, Litva, Misir, Özbəkistan, Pakistan, Qırğız Respublikası və Türkmənistan kimi ölkələrin hər birindən isə 1 müraciətin olduğu müşahidə edilir.
Ən çox müraciətlər biznesin idarə edilməsi (38), iqtisadiyyat (27), maliyyə (26), menecment (26), hüquqşünaslıq (20) ixtisasları üzrə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]