Yanvar-fevral aylarında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 4 faiz artıb
Bakı, 15 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 10,7 milyard manat olmaqla, ötən ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 4,0 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4,0 faiz artaraq 10,3 milyard manata bərabər olub, onun 46,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 526,1 manat və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 22,9 manat çox vəsait xərcləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]