Yanvar-iyun aylarında ən çox girov qoyulan daşınmaz əmlak mənzildir
Bakı, 26 iyul, AZƏRTAC
Bu ilin altı ayında Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü ilin ilk altı ayı ərzində 21 min 780 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Hesabat dövründə girov qoyulmuş ümumi 39 min 093 əmlakdan 8171-i torpaq sahəsinin, 5623-ü isə fərdi yaşayış evinin payına düşür.