Yanvarın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-10° isti,
Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 774 mm civə sütununa yüksələcəkdir.
Nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 7-12° şaxta, dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-7° isti təşkil edəcəkdir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz olacaqdır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər dağlarda duman olacaqdır. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcəkdir.