Yanvarın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 2-5°, günün birinci yarısında 10-15°, axşama doğru 6-8° isti, Bakıda gecə 3-5°, günün birinci yarısında 12-14°, axşama doğru 6-8° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcəkdir.
Nisbi rütubət gecə 75-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır. Qərb küləyi 5-10 m/s.
Temperatur gecə 8-13°, bəzi yerlərdə 16° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 6°-dək isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır.
Temperatur gecə 2-7° şaxta, gündüz 4-9° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Axşam şərq rayonlarında az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14°, bəzi yerlərdə 17° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 3-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti təşkil edəcəkdir.