Yanvarın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın tutqun olacağı gözlənilir, səhər buludluğun davam edəcəyi və az yağıntılı olacağı ehtimalı vardır.
Temperatur gecə 5°, günün birinci yarısında 5°, axşama doğru 3°-dək isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaqdır. Qərb küləyi 5-10 m/s.
Temperatur gecə 10-15°, bəzi yerlərdə 18° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Arabir qar yağacağı ehtimalı var.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3° -dək şaxta olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Havanın yağıntılı olacağı ehtimalı var, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-1° şaxta, gündüz 5-10° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
Yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 2-3° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-2° isti təşkil edəcəkdir.