Yanvarın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, gündüz dəyişkən buludlu olacağı gözlənilir.
Temperatur gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3°, gündüz 4-6° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Yanvarın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, ayın 22-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi diskomfort hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında
Arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 10-15° şaxta, dağlıq ərazilərdə 17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Arabir qar yağacağı ehtimal olunur.
Gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 8-12° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı vardır. Cecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° , gündüz 0-5° şaxta gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı ehtimal edilir. Cecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Gecə 0-5, gündüz 6-11° isti gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 0-5° , gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti təşkil edəcəkdir.