Yanvarın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən səhər və axşam bəzi yerlərdə çiskinli az yağıntı olacağı ehtimalı vardır. Axşam bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-10° isti,
Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 757 mm civə sütununa enəcəkdir. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Havanın əsasən yağmursuz, bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15° şaxta, bəzi yerlərdə 17°-dək şaxta, gündüz 1-6° isti, bəzi yerlərdə 3°-dək şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Havanın gündüz əsasən yağmursuz olacağı gözlənilir.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-8° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Hava gündüz əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Hava əsasən yağmursuz olacaqdır. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Havanın gündüz əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcəkdir.