Yanvarın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
yanvarın 22-dən 23-nə keçən gecə bəzi yerlərdə çiskin, səhər saatlarında duman olacağı, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam isə havanın tutulacağı gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 7-12° isti, Bakıda gecə 2-4°, gündüz 10-12° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 756 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
axşam zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 5-10°, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 5-10° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
gün ərzində hava əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 6-11° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gün ərzində hava əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 1-5°, gündüz 8-13° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti təşkil edəcəkdir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 1-6°, gündüz 11-16° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın arabir az yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 2-6°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcəkdir.