Yanvarın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gün ərzində tutulacağı, gecəyə doğru yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-4°, günün birinci yarısında 5-7°, axşam 0-2° isti, Bakıda gecə 2-4°, günün birinci yarısında 5-7°, axşam 0-2° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 766 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz olacaqdır. Lakin gecə və axşam bəzi yerlərdə az qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 3-8°, bəzi yerlərdə 14°-dək şaxta, gündüz 3-7° isti, bəzi yerlərdə 2°-dək şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gündüz hava əsasən yağmursuz olacaqdır. Lakin axşam saatlarında bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-5°, gündüz 5-9° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 5-9° isti, dağlarda gecə 2-7°, gündüz 0-3° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır.
Temperatur gecə 1-6° isti, gündüz 8-13° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperatur gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti təşkil edəcəkdir.