Yanvarın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir havanın yağıntılı olacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla yağması ehtimalı vardır.
Temperatur gecə 0-2°, gündüz 4-7° isti, Bakıda gecə 0-2°, gündüz 5-7° isti olacaqdır.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir.
Temperaturu gecə 3-8°, bəzi yerlərdə 10-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimal olunur.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 5-9° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 13-18°, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-4° isti təşkil edəcəkdir.