Yanvarın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə zəif qar yağacaq, duman olacaqdır.
Temperatur gecə 7-12° şaxta, bəzi yerlərdə 17°-dək şaxta, gündüz 1-6° şaxta olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı ehtimal olunur.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 2-7° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın yağmursuz keçəcəyi gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaqdır.