Yaponiya, ABŞ və Kanada Kuril adlarında dəniz təlimlərinə başlayıblar
Bakı, 23 avqust, AZƏRTAC
Yaponiya, ABŞ və Kanada Sakit okeanda Kuril adalarının şərqindəki sulardan Honsyu adasının cənubundakı ərazilərə qədər uzanan zonada birgə hərbi dəniz təlimlərinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanadanın Özünümüdafiə Dəniz Qüvvələri məlumat yayıb.
“Noble CHINOOK” təlimi avqustun 28-də başa çatmalıdır. Yaponiya tərəfdən Hyuga helikopter daşıyıcısı, ABŞ-dan “Arleigh Burke” sinifli Benfold esminesi, Kanadadan “Halifax” sinifli Ottava və Vankuver freqatları və təchizat gəmisi MV Asterix təlimlərdə istifadə olunur.
Açıqlamaya görə, təlimlərin məqsədi üç ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirməkdir. Xüsusilə dənizçilər yerüstü hədəfləri məhv etmək üçün bacarıqlarını tətbiq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]