Yaponiya dairə məhkəməsi qəza nəticəsində təxliyə olunanlara kompensasiya ödənməsi barədə qərar qəbul edib
Tokio, 10 mart, AZƏRTAC
Yaponiya rayon məhkəməsi hökumətin və “Tokyo Electrik Power Co.” şirkətinin 2011-ci ildə “Fukusima-1” atom elektrik stansiyasında (AES) baş vermiş qəza nəticəsində təxliyə olunanlara kompensasiya ödəməsi barədə qərar qəbul edib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar martın 10-da Sapporo rayon məhkəməsi tərəfindən qəbul olunub. Bildirilir ki, iddia təxliyə rayonundan Hokkaydo prefekturasına qaçan 78 ailənin 257 üzvü tərəfindən qaldırılıb.
Hər bir iddiaçının ona dəymiş maddi və mənəvi ziyana görə 16,5 milyon yen (təqribən 160 min dollar) tələb etdiyi qeyd edilir. Nəticədə ümumi məbləğ 40,7 milyon dollar təşkil edib.
Əlavə olaraq bildirək ki, 2011-ci il martın 11-də baş vermiş dəhşətli zəlzələ və sunamidən sonra “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra müxtəlif prefekturalara qaçmağa məcbur olmuş vətəndaşlar tərəfindən bütün ölkə üzrə müvafiq iddialar irəli sürülüb. Bu, məhkəmənin hökumətin də təqsirli olduğu barədə qərar qəbul etdiyi sayca yeddinci haldır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]